Qəza törədən sürücülər dalaşdı

Bakının Nizami rayonu ərazisində, Naxçıvanski küçəsi ilə Elşən Süleymanov küçələrinin kəşişməsində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. “Mercedes” markalı avtomobil Elşən Süleymanov küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən “VAZ-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hər iki avtomaşında olan sürücü və sərnişinlər xəsarət alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları yaralılara ilkin yardım göstərib. “VAZ-21099” markalı avtomaşında olan sərnişinlər 83 yaşlı Tavad Kərimova və 40 yaşlı Rübabə Mirzəliyeva ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralıya tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxşdir. Baş verən hadisədən sonra qəzaya səbəb olduğu bildirilən “VAZ 21099” markalı avtomobilin sürücüsü ilə “Mercdes” markalı avtomobilin sürücüsü arasında mübahisə düşüb. Qəzanın baş verdiyi əraziyə Yol patrul xidmətinin əməkdaşları və Nizami rayon polis idarəsinin istintaqçıları gəlib. Hər iki sürücü polis idarəsinə aparılıb.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










