Qəzalara görə sığorta ödənişlərinin artırılması təklif olunur - VİDEO

Avtomobillərin icbari sığortası zamanı qarşı tərəfə dəyən ziyanın maksimum 5 min manatı sığorta şirkəti tərəfindən qarşılanır.
Ekspertlər hesab edirlər ki, sığorta təminatı 5 min deyil, daha çox olmalıdır. Üstəlik sığorta haqları da müəyyən qədər artırılmalıdır. Çünkü yığımlar az olduğu üçün sığorta şirkətləri artıq son vaxtlar kiçik mühərrikli avtomobilləri sığortalamaqda maraqlı olmurlar. Sığorta haqları və bunun qarşılığında verilən makismum 5 min manatlıq təminat məbləği aşağıdır. Söhbət avtonəqliyyat vasitələrinin mülkü məsuliyyətinin icbari qaydada sığortasından gedir.
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, sığorta yığımlarının aşağı olması sığorta şirkətlərini, təminatın maksimum 5 min olması isə vətəndaşları narazı salır. O bildirir ki, sığorta haqları 2011-ci ildə müəyyən edilib və bu günə qədər artırılmayıb. Nəticədə bəzi hallarda 5 min manatlıq təminat vətəndaşları qane etmir. Ekspert son vaxtlar kiçik mühərrikli avtonəqliyyat vasitələrinin sığortası zamanı vətəndaşların qarşılaşdığı problemin səbəbini də açıqlayıb.
Ekspert Vüsal Bədəlov hesab edir ki, ilk növbədə təminat məbləği 5 min manat deyil, daha yüksək olmalıdır. Həmçinin sığorta haqları buna paralel artırılmalıdır. Əks halda bu sektorda ciddi problemlər yaranacaq.
Vüsal Bədəlov onu da bildirib ki, hazırda bu məsələ aidiyyəti qurumlarda müzakirə edilir. Yaxın vaxtlarda yeni tarif və sığorta təminatı məbləğlərinin açıqlanacağı gözlənilir.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












