Qəzalarda ölüm halları niyə artıb? - Ekspert səbəbləri açıqladı

Bu gün yollarda qəza təhlükəsi və sıxlıq yaradan problemlərdən biri də istismara tamamilə yarasız, bir çox hissələri işlək vəziyyətdə olmayan köhnə avtomobillərdir.
Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər üçüncü oxunuşda təsdiq edilib. Qanuna dəyişikliklər köhnə avtomobillərin utilizasiya qaydalarını və şərlərini müəyyən edir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu cür avtomobillər tədricən yeniləri ilə əvəzlənməlidir.
O qeyd edib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" var.
"Həmin proqramda bu məsələlər, o cümlədən köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub və yalnız bu proqramın icrası ilə köhnə avtomobillərin sayını azaltmaq olar", - deyə o qeyd edib.
Ə.Hüseynov bildirib ki, qanunvericilikdə avtomobillərin yol hərəkətinə buraxılması şərtləri var. "Avtomobillər texniki cəhətdən saz və istifadəyə yaralı olmalıdır. Ona nəzarət üçün də texniki baxış olmalıdır. Yol polisi bu məsələyə nəzarət etməlidir.
Digər tərəfdən də bu cür avtomollər ilə yola çıxaranlar məsulyyətli olmalıdır. Bu vəziyyətdə avtomobilin idarə edilməsi böyük riskdir və hər an qəza baş verə bilər. Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir", - deyə o bildirib.
Ə.Hüseynov qeyd edib ki, bu baxımdan köhnə avtomobillərin utilizasiyasına böyük ehtiyac var. "Bu cür avtomobillər utilizasiya vasitəsilə tədricən yeniləri ilə əvəz edilsə qəzalar zamanı ölüm hallarının azalması müşahidə edilə bilər", - deyə Ə.Hüseynov əlavə edib.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










