Qocalanda maşın sürün!

"Columbia University Health"in alimləri avtomobil sürməyin insanların sağlamlığına müsbət təsir etdiyi qənaətinə gəliblər. Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, onların nəticələrinə görə, bu təsir yetkinlik yaşına çatmış bir insanın beyninin yaddaşına, diqqətinə və idrak qabiliyyətlərinə aiddir. Tədqiqatın rəhbəri Dr. Quohua Li qeyd edib ki, yaşı 55-dən yuxarı olan sürücülərin eyni yaşda olan piyadalarla müqayisədə koqnitiv zəifləmə və depressiyaya düşmə riski daha azdır.
Bundan əlavə, yaşlı insanların mütəmadi olaraq avtomobil idarə etməsi bir növ soyuqqanlılığın və özünü idarə etmə qabiliyyətinin göstəricisi kimi xidmət edir.
İstənilən vaxt maşına minib öz işi ilə məşğul ola bilən insan özünü çox vaxt azad və müstəqil hiss edir. Ancaq orta yaşda avtomobil idarə etməkdən imtina etmək, əksinə, insanın canlılığına mənfi təsir göstərə bilər. Tədqiqatda avtomobil idarə etməyi dayandıran insanlar dostları və ailəsi ilə qarşılıqlı əlaqəni azaldıblar. Doktor Li bunu insanın fiziki və intellektual qabiliyyətlərinin azalması ilə izah edib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












