Rayon maşınları Bakıya buraxılmayacaq – NAZİR MÜAVİNİ

Bakının mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədilə şəhərətrafı dayanacaqlardan geniş şəkildə istifadə olunacaq. Avtosfer.az-ın APA Economics-ə istinadən verdiy məlumata görə, nəqliyyat nazirinin müavini Musa Pənahov 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar hazırlanan geniş tədbirlər planında belə nəzərdə tutulduğunu deyib. “Çalışacağıq ki, ölkənin başqa rayon və şəhərlərindən gələn vətəndaşlar nəqliyyat vasitələrini mümkün qədər çox şəhərətrafı dayanacaqlarda saxlasınlar. Sərnişinlərin şəhər nəqliyyatı və metrodan istifadə etməklə şəhərin mərkəzi hissələrinə getməsi təmin olunacaq. Bundan başqa, onlara oyunları ziyarət etmək üçün şərait yaradılacaq”- deyə M. Pənahov bildirib.
Nəqliyyat nazirinin müavini qeyd edib ki, I Avropa Oyunları ilə bağlı nazirliyin geniş proqramı var. M.Pənahov əlavə edib ki, proqramda nəqliyyat sahəsi ilə bağlı bütün məsələlər I Avropa Oyunlarına qədər həll olunacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












