Rayondan Bakıya maşınla gələnlərin nəzərinə - 1500 yerlik parkınq var – FOTO-VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a video təqdim edərək maraqlı məqama toxunub. Bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin çox geniş parkinqi var. Bunu nəzərə alaraq rayonlardan, xüsusən də şimal və şimal-qərb bölgəsindən paytaxta üz tutanlar burada avtomobillərini rahat şəkildə park edə bilərlər. Daha sonra isə paytaxta ictimai nəqliyyatla daxil olmaq mümkündür. Bunun üçün metronun “Avtovağzal” stansiyası və avtobuslar fəaliyyət göstərir.
Araz Əsgərli bildirib ki, parkinqdə qiymətlər elə də baha deyil. Əsas odur ki, rahat və təhlükəsizdir. Üstəlik, şəhərdə sıxlığın qarşısını almaq üçün vətədandaşların bu parkinqdən istifadəsi faydalı ola bilər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Avtosfer.az-a bildirildi ki, 1500 avtomobil yerlik parkinq vətəndaşların ixtiyarındadır. Paytaxt sakinləri və qonaqlar “Avtovağzal“ metrostansiyasına 20 metr məsafədə yerləşən dayancaqda nəqliyyat vasitələrini təhlükəsiz şəraitdə saxlayaraq şəhərdəki digər işlərini rahat şəkildə görə bilərlər.
Dayanacaq 24 saat fasiləsiz xidmət göstərir və daimi kamera nəzarəti ilə təmin olunur.
Emin
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










