“Renault Clio” rəsmi olaraq təqdim edildi - FOTO

Beşinci nəsil “Renault Clio” 2019-cu ildən bizimlədir. Avtosfer.az xəbər verir ki, modelin mühərrik seçimlərində heç bir dəyişiklik olmasa da, dizaynında diqqətəlayiq yeniliklər var.
Belə ki, “Renault” yeni “Clio”nun üzərində tam estetik əməliyyat aparıb. Markanın loqosunun ətrafındakı işıq çubuğuna əlavə olaraq fara dəstinin altında davam edən LED gündüz işıqları modelə zəriflik qatıb. “Clio”nun üzündə istifadə etdiyi bu yeni dizayn bütün gələcək “Renault” modellərində görünəcək.
Yeni detallar “Clio”ya daha aqressiv görünüş qazandırıb. Aqressiv demişkən, “Clio”nun yeni Esprit Alpine avadanlıq paketini qaçırmaq olmaz. Fotolarda gördüyünüz bu xüsusi avadanlıq paketi daha aqressiv ön barmaqlıq ilə gəlir. Bununla daha çox aqressiv bir görünüş qazanan Clio, Esprit Alpine aparatı üçün də xüsusi rəng seçimlərinə ev sahibliyi edəcək.
Qeyd edək ki, LED fara dəstləri bütün avadanlıqlarda standart olaraq təklif olunacaq.
Arxa hissədə avtomobilin aerodinamik quruluşunu gücləndirən yeni hava sərinkeşləri var. Tutqun qara rənglə tamamlanan bu bölmələr Techno aparat paketində parlaq qara rənglərlə əvəz olunub. 7 fərqli gövdə rəngi ilə alına bilən model, həmçinin 5 fərqli 17 qarışlıq disk dizaynına sahib olacaq.
Bu dəyişikliklərə baxmayaraq, “Clio”nun ölçülərində heç bir dəyişiklik yoxdur.
Salona daxil olanda dizaynına gətirdiyi yenilikləri görə bilərik. Oturacaqlar, qapı panelləri və ön hissəsi tamamilə yeni üzlüklərlə örtülüb. TENCEL markasına məxsus olan döşəmələr 60 faiz təkrar emal oluna bilən materiallardan hazırlanır.
Müasirləşməyə başlayan “Clio”nun salonunda köhnə “Renault” dizayn dilinin hələ də üstünlük təşkil etdiyini demək olar. Lakin yeni rəqəmsal alətlər paneli və məlumat-əyləncə sistemi özünü müasir avtomobil dünyasına yaxınlaşdırmağı bacarıb.
Esprit Alpine avadanlığı isə ayrı məsələdir. Mavi və ağ tikiş detalları, alətlər panelinə işlənmiş Fransa bayrağı və alüminium pedallar modelə xüsusi özəllik qatıb.
“Clio”nun yeni təhlükəsizlik sistemlərini qeyd etmədən də keçmək olmaz. Yeni dizayn əməliyyatı ilə yeni “Clio” 20 fərqli təkmilləşdirilmiş sürücü köməkçisinə sahibdir. Sürmə, park etmə və təhlükəsizlik kateqoriyalarında olan bu avadanlıqlar arasında 360 dərəcəli kamera, təcili vəziyyətdə əyləc sistemi və sıxışan yol köməkçisi kimi texnologiyalar yerləşib.
Mühərrik seçimlərində dizayn qədər həyəcanverici heç bir dəyişiklik yoxdur. Giriş səviyyəli versiyası olan 1.0 SCe satışda qalmağa davam edəcək. Atmosferli mühərrik variantının bir qədər yuxarısında TCe 90 olacaq.
Sonda vurğulayaq ki, “Clio”nun LPG versiyaları Almaniyada satışa çıxarılacaq.
Nərmin Əkbər





















