"Rolls-Royce" ötən ili 4 mlrd. funt zərərlə başa vurub

Böyük Britaniyanın təyyarə, dəniz və enerji avadanlığı istehsalçısı "Rolls-Royce" şirkəti 2020-ci ili vergidən əvvəl 4 mlrd. funt sterlinq (təxminən 5,585 mlrd. ABŞ dolları) zərərlə başa vurub. Halbuki, 2019-cu ildə şirkət 583 mln. funt sterlinq (814 mln. dollar) həcmində mənfəət əldə etmişdi.
Avtosfer.az-ın "Kommersant"a istinadən verdiyi məlumata görə, şirkətin gəlirləri 15,5 mlrd. funtdan (21,6 mlrd. dollar) 11,8 mlrd. funta (16,5 mlrd. dollar) düşüb.
Ötən il ən çox zərər görən aviasiya avadanlığı şöbəsi oldu. Belə ki, "Rolls-Royce" istehsal etdiyi mühərriklərin uçuş saatlarına görə aviaşirkətlərdən ödəniş alır. Pandemiya səbəbindən 2020-ci ildə sərnişin aviareyslərinin az olması səbəbindən daxilolmalar da olduqca aşağı idi. Şirkət 9 min iş yerini ixtisar və 5,3 mlrd. funt sterlinq (7,4 mlrd. dollar) həcmində əlavə maliyyə vəsaiti cəlb etməyə məcbur oldu. "Rolls-Royce" borcun bir hissəsini ödəmək üçün bu il 2 mlrd. funtluq (2,8 mlrd. dollar) aktivlərini satmaq niyyətindədir.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












