“Rolls-Royce” satış rekordu vurdu

"Rolls-Royce Motor Cars" 2021-ci ilin birinci rübündə 116 illik tarixinin ən yüksək satış miqdarına nail olub.
Hazırda "BMW"-yə məxsus olan "Rolls-Royce" şirkəti hesabat dövründə 1 380 avtomobil satıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 62 faiz çoxdur. Əvvəlki rekord isə 2019-cu ildə əldə edilmişdi.
Ən çox satılan qiyməti 335 min ABŞ dollarından başlayan, amma adətən 400 min dollardan baha satılan "Cullinan" tam ölçülü SUV modeli olduğu bildirilir. Həmçinin 332 min dollardan başlayan "Ghost" modelinə də maraq yüksəkdir.
Rekord satışların səbəbi kimi pandemiya dövründə bazarlardakı artım nəticəsində varidatları daha da artmış zənginlərin pul xərcləməyə meylli olmaları göstərilir. Belə ki, "Rolls-Royce" ilin ikinci yarısında da sifarişlərdə artım gözlədiklərini açıqlayıb. Həmçinin "Bentley", "Lamborhini" kimi başqa luxury avtomobil istehsalçıları da son vaxtlar satışlarını artırıb. (ted.az)
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












