Ronaldu 8 milyon avroya “Bugatti Centodieci” aldı - FOTO

“Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldu avtomobil kolleksiyasına yeni maşın əlavə edib. Avtosfer.az xəbər verir ki, portuqaliyalı 8 milyon avroya “Bugatti Centodieci” alıb. Bu barədə “Tuttosport” yazıb.
Məlumata görə, “Bugatti Centodieci” məhdud kolleksiyalı avtomobillərdəndir. Fransız şirkəti belə modeldən cəmi 10 ədəd istehsal edəcək. Modelin buraxılışı, markanın yaranmasının 110 illiyinə təsadüf edir.
Bildirlir ki, maşın 100 km/saatı 2,4 saniyəyə yığır, onun maksimal sürəti 380 km/saatdır.
Ronaldu, bu avtomobili “Juventus”un A seriyasındakı qələbəsi şərəfinə aldığını, ancaq avtomobili yalnız 2021-ci ildə alacağını söyləyib.
Qeyd edək ki, Ronaldu "Yuve"nin çempionatdakı qələbəsindən sonra 6 milyon avroya yaxta da alıb.
Namiq Musayev









Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












