Rus taksiçilər yerli avtomobilə yaxın durmur

Rusiyanın Ticarət Nazirliyi taksi parklarının yalnız yerli avtomobillərdən təşkil olunması təklifi ilə çıxış edib. Lakin təklif ciddi narazılıq doğurub.
Avtosfer.az-ın xəbərinə görə, nazirlik bu yolla yerli maşınların satışınl stimullaşdırmaq istəyir. Taksi parkları Rusiyada ciddi müştəri hesab edilir.
Lakin taksi parklarının rəhbərləri düşünür ki, məcburi olaraq rus maşınlarına keçid qiymət artımı və müflisləşməyə gətirib çıxarar. Ukrayna müharibəsinədək parklar hər il orta hesabla 200 min maşın alırdı. Maşınların orta dəyəri isə 10 000 dollar ətrafında idi. Ötən il isə parklar cəmi 40 min maşın alıb. Hazırda taksi üçün 1 maşının dəyəri 20 000 dolları keçib. Ən əsası isə, rusiyalılar ümumilikdə Çin detalları ilə yığılan “Lada” və “Moskviç”dən narazıdır. Ötən ilədək ənənəvi Rusiya avtomobilləri yerli istehsal olan Qərb və yapon medelləri bir yana, Özbəkistan avtomobillərinə də rəqabətdə uduzurdu.
Vüqar Yaşaroğlu
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO










