Rusiyanın Avropada satılacaq avtomobil istehsal etmək planının iflası - FOTO

Ukrayna müharibəsinə qədər Rusiya Avropanın avtomobil istehsalçıları ilə çox yaxşı əməkdaşlıq qurmuşdu. Bir çox Qərb modelinin federasiyada yığılması və ya ehtiyat hissələrin hazırlanması həyata keçirilirdi. Lakin 2022-ci ilin martında hər şey dəyişdi.
Avtosfer.az-ın xəbərinə görə, Ukrayna müharibəsinə görə ilk zərbəni Rusiyanın avtomobil sənayesi aldı. Qərbli istehsalçılar qısa vaxtda ölkəni tərk etdilər.
Bunlardan biri də Avstriyanın Steyr şirkəti idi. Uzun illər QAZ Qrupu ilə əməkdaşlıq edən Steyr burada əsasən mühərrik istehsal edirdi. Lakin bu günlərdə məlum olub ki, şirkət QAZ-ın konveyerində avtomobil istehsal edərək Avropada satmaq istəyirmiş.
Model olaraq orta tonajlı MAN TGL modeli əsas götürülür. Plana görə Avstriyada istehsal olunan kuzova Rusiyada əlavə komponentlər quraşdırılmalı imiş. İstehsalın Rusiyada həyata keçirilməsinə səbəb həm maya dəyərinin ucuzluğu, həm də bu ölkədən MDB məkanına ixracın daha asan başa gəlməsidir.
Lakin biznes planlarına Ukrayna müharibəsi son qoydu.
Vüqar
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










