Rusiyanın avtomobil sektorunda növbəti geriləmə

Rusiyada sentyabrda 122 059 ədəd təzə minik avtomobili satılıb. Bu da avqustla müqayisədə 18 faiz azdır.
Avtosfer.az xəbər verir ki, statistikanı Rusiya Ticarət Nazirliyi yayıb. İllik əsasda azalma isə 22 faizdir. Yük avtomobili satışında aylıq geriləmə aylıq əsasda 4 faiz, illik göstəricidə isə 56 faiz təşkil edir.
Avtobus satışında ay ərzində heç bir dəyişiklik yoxdur (avqust 1070 ədəd, sentyabr 1071 ədəd). İllik azalma isə 45 faizdir. Bu da bir daha göstərir ki, böyük şəhərlər də büdcə vəsaiti hesabına avtobus alınmasını azaldıb.
Geriləmənin başlıca səbəbi sanksiyalar fonunda əhalinin gəlirlərinin azalmasıdır. Paralel olaraq avtomobil istehsalı da geriləyib. Bununla belə, bazarda təzə maşın bolluğu müşahidə olunur.
Ölkədə təkər istehsalı da geriləyir. Bu ilin ilk 8 ayında 27,7 milyon ədəd şin istehsal edilib ki, bu da ötən illə müqayisədə 14 faiz azdır.
Vüqar
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA












