Rusiyanın yeni “Volqa”sı - FOTO

Yeni “Volqa” avtomobilləri ilk dəfə Nijni Novqorodda keçirilən sərgidə təqdim edilib. Rusiyanın baş naziri Mixail Mişustin “Rəqəmsal Sənaye Rusiyası” sərgisində “Volqa” stendinə baş çəkib, burada ilk dəfə bu marka altında istehsal olunacaq yeni avtomobil xəttinin təqdimatı keçirilib. Avtosfer.az Lent.az-a istinadən bildirir ki, avtomobillər üç sinifdə təqdim olunacaq: Volqa C40 - D sinif sedan, Volqa K30 - C sinif krossover, Volqa K40 - D krossoveri Nijni Novqorod avtomobil klasterində istehsal olunacaq.
Hər üç modeldə 188 at qüvvəsi (300 Nm) olan müasir benzin mühərriki və yeddi pilləli avtomatik transmissiya istifadə olunur.
Avtomobillər ağıllı sürücü yardım sistemləri ilə təchiz olunub və Rusiya avtomobil sahibləri arasında populyar olan yerli xidmətlər multimedia sisteminə inteqrasiya edilib.
“Volqa” avtomobillərinin istehsalına 2024-cü ildə, 2025-ci ildən isə tam dövr rejimində başlanacaq.
Mişustin qeyd edib ki, yeni avtomobillər müasir görünür. Eyni zamanda, baş nazir əvvəlcə texnoloji cəhətdən mürəkkəb olmayan maşın hissələrinin istehsalını lokallaşdırmağın zəruriliyinə diqqət çəkib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












