Saxta nömrəli «Niva»ların Bakıda gecə şousu - VİDEO

Bu kadrlar Bakının mərkəzi küçələrində çəkilib. Göründüyü kimi, «Niva» markalı avtomobillərlə «avtoş»luq edənlər hətta özləri üçün klip də çəkdiriblər və sosial şəbəkələrdə yayıblar.
Avtosfer.az-ın məlumatına görə, «07» ilə «avtoş»luq edənlərin dövrü artıq başa çatır. İndi avtoxuliqanlar üçün dəbdə olan maşınlar «Niva» və «Lada-Priora»dır. Bu kadrlarda gördüyünüz «Niva»ların üzərindəki nömrələr guya Almaniya nömrələridir. Amma sual yaranır; Rusiya istehsalı olan avtomobilin üzərində alman nömrəsi nə gəzir?
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu nömrələr saxta nömrələrdir, «avtoş»ların dili ilə desək, «lipa» nömrələrdir və onları Bakıda hazırlatdırırlar. Avtomobilin nömrələrini və üzlərini gizlədən bu gənclər isə heç də sadə insanlar deyilllər. Məlumata görə, onlar imkanlı şəxslərin övladlarıdır və gecələr Bakıda bu cür əyləncələr təşkil edib avtoralliyə çıxırlar. Avtomobillərin birinin nömrə yerinə «Rokc-N-Roll», digərinə isə H-333-R yazılıb.
Bu kadrların konkret nə vaxt çəkildiyi məlum olmasa da, görünən budur ki, «Niva»larla «avtoş»luq edənlər gecə yarısı şəhərə çıxırlar. Çünki kadrlardan görünür ki, küçələr boşdur, tək-tük avtomobil gözə dəyir. Onlar isə ancaq mərkəzi küçələrdə hərəkət edirlər, asfaltda təkərlərin izini qoyub adrenalin çıxarırlar.
Hər halda, nəzərə almaq lazımdır ki, hazırda avtomobil bazarında yeni «Niva» 12 min manatdan bahadır. Ona biraz əl gəzdirib yaxşı vəziyyətə gətirmək üçün ən azı 4-5 min manat da lazımdır. Üstəlik, bir çoxları «Niva»ya elə bir sistem quraşdırır ki, salonda düyməni basdıqda avtomobilin arxası aşağı enir. Bununla «avtoş»lar yol polisini görəndə düyməni basıb maşını normal vəziyyətə gətirirlər. Yol polisinin olmadığı yerlərdə isə öz bildikləri kimi hərəkət edirlər.
Məsələ burasındadır ki, bu kadrlardakı «Niva»ları yol polisi görməsə də, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları yaxşı görür. İnanırıq ki, bu sürücülər artıq cəzalandırılıb və ya yol polisi onları aşkarlayıb barələrində tədbir görəcək.
Nurlan
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur













