Şəkidə avtoxuliqan saxlanıldı, həbs yox, cərimə edildi - FOTO - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq piyadalara və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Süleyman Zəkəriyyəyev idarə etdiyi VAZ-21014 markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib.
İntizamsızlıq edən həmin sürücü Şəki ŞRPŞ-yə gətirilib və barəsində tərtib olunan inzibati protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












