Seldən çıxan maşınlar Azərbaycana gətirilir? - "İkinci əl avtomobillərdənsə..."

İspaniyada güclü yağışlar və daşqınlar ölkənin müxtəlif bölgələrində ciddi fəsadlar törədib, yollar bağlanıb və körpülər dağılıb. Həm insan tələfatı, həm də kifayət qədər çox maddi itkilər yaşanıb. Çoxlu sayda avtomobil leysan yağışlarından zərər görüb.
Maraqlıdır ki, İspaniyada günlərlə sel sularının altında qalmış, mühərrikləri korlanmış həmin avtomobillər yüngülvari təmir edilib Azərbaycana gətirilə bilər?
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, narahatedici məqamdır:
"Bu cür hallarda əsasən belə avtomobilləri qonşu Gürcüstanda alıb, xüsusi təmir edib, sonra ya daxili bazara, əsasən də Azərbaycan bazarına satırlar. Ona görə biz həmişə tövsiyə edirik ki, ikinci əl avtomobil almaq bir qədər uyğunsuzdur. Sözsüz ki, insanların büdcəsi məsələsi var və bu, mühüm bir amildir. Ancaq yaxşı olar ki, belə hallarda avtomobil ilə daha yaxından maraqlanılsın, VİN kod vasitəsilə onun bütün tarixçəsinə baxılsın və daha sonra hansısa qərarlar verilsin. Amma ümumilikdə mən düşünmürəm ki, bu avtomobillərin hamısı bu dəqiqə Azərbaycana gələcək. Ola bilər içlərində bir qisim -15-30 avtomobil gəlsin. İstənilən halda bu da yekunda bizim vətəndaşımıza dəymiş ziyan olur".
E.Əliyev tövsiyə etdi ki, istənilən avtomobili aldıqda onu rəsmi dilerdə yoxlatdırmaq, diaqnostika etdirmək mütləqdir:
"Bizim hazırda missiyamız avtomobil parkımızı yeniləməkdir. Bunu da istəyiriksə, hamılıqla gələcəyimizi sağlam, ekoloji tullantılardan uzaq görmək istəyiriksə, biz maksimum dərəcədə belə avtomobillərdən uzaq olmalıyıq. Sözsüz ki, alternativ variantlar da var. Məsələn, yerli istehsal avtomobillərdən də istifadə edə bilərik. Yerli istehsal avtomobillərin qiymətləri daha ucudur və sərfəri kredit şərtləri olur. Ona görə də ikinci əl kənardan gələn avtomobillərə üz tutmaqdansa, yerli avtomobillər daha əlverişli ola bilər".
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












