Şəmkirdəki qəzada ölən və yaralananların KİMLİKLƏRİ

Gəncə-Şəmkir avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və xəsarət alanların şəxsiyyətləri açıqlanıb. APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər, Tovuz rayon Bayramlı kənd sakini, 1936-cı il təvəllüdlü Ofeliya Cəbrayıl qızı Məmmədova və 1982-ci il təvəllüdlü, Balacayev Elşad Məhəmməd oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü M. Cəfərov və digər sərnişin - Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Zabitə Səbuhi qızı Quliyeva ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yanvarın 29-da saat 22 radələrində yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Maşın yolun kənarında olan ağaca dəyərək aşıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












