Sərxoş vəziyyətdə ağır qəza törədən qadın sürücüyə cəza verildi - Piyada öldü, qadına isə 5 il...

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təhminə Həsənovaya hökm oxunub. “Unikal”ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Eldar Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Təhminə Həsənova “Hyundai i30” markalı avtomobillə Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən 84 nömrəli tam orta məktəbin qarşısında hərəkətdə olan zaman yolun solundan sağına keçən piyada 1964-cü il təvəllüdlü Suliddin Faxrət oğlu Hüseynovu vurub. Məhkəmə ekspertizası zamanı Təhminə Həsənovanın avtomobili içkili vəziyyətdə idarə etdiyi məlum olub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
T.Həsənovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












