«Shagman»ın dəhşətli qəzası; üç maşının üstünə aşdı – VİDEO

Yük maşınları nəinki rayonlararası magistral yollarda, elə Bakının mərkəzində ağır qəzalar törədirlər. Bu sırada ilk yeri «Shagman» markalı ağır tonnajlı yük maşınları tutur.
Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisə paytaxtın Nobel prospektində – «Nargilə» kafesinin qarşısında baş verib. Üzü Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan «Shagman»ın yüksək sürətlə hərəkət etdiyi açıq-aydın görünür. O, üçüncü zolaqda hərəkət edir. Amma sürücü nə fikirləşirsə birdən-birə birinci zolağı keçir və hətta o cür yüksək sürətlə gedə-gedə sağa dönməyə də çalışır. Elə bunun nəticəsində də avtomobil idarəetmədən çıxaraq aşır. Yol kənarında dayanmış üç minik maşınının üstünə aşan «Shagman»ın yükü mişar daşıdır və daş parçaları həmin maşınların üstünə tökülərək əzir.
Videonu bir qədər də incələdikdə məlum olur ki, «Shaqman»ın sürüsü svetoforun qırmızı işığı yanmağa başlayan anda yolu keçmək istəyir. Lakin bunu başa çatdıra bilməyəcəyini gördükdə qəfil tormoz verərək dayanmaq istəyir. Amma artıq gec idi. Çünki yüklü maşını o cür yüksək sürətdə saxlamaq mümkün deyil. Eyni situasiyada bəzən kiçik minik avtomobilini də saxlamaq mümkün olmur. Hər halda, bu qəzanın baş verməsinin əsas səbəbi sürücünün qeyri-peşəkarlığıdır.
Avtosfer.az həmin qəzanın görüntüsünü təqdim edir:
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












