ŞOK qəza: hovuzda çimən qadını maşın vurdu - FOTOLAR

Rusiyada avtomobil evin hovuzunda çimən qadını vurub. ANS press-in məlumatına görə, minik avtomobili kottecin kərpic hasarını yararaq həyətdəki hovuza duşub. Bu zaman evin sahibəsi hovuzda dincəlirmiş. Krasnoslobodskaya şəhər sakini xoşbəxtlik nəticəsində qəzadan salamat çıxa bilib. "Ötən günü axşam "VAZ-2115" markalı avtomobilin sürücüsü Sverdlov küçəsində idarəetməni itirərək şəxsi evin kərpic hasarına girib. Avtomobil evin ərazisində yerləşən hovuza düşüb. Bu zaman hovuzda olan ev sahibəsi yüngül xəsarətlər alıb", - deyə Volqoqrad sahəsi üzrə dövlət yol hərəkəti müfəttişliyinin nümayəndəsi bildirib. Sudan çıxarılan qadına ilkin tibbi yardım göstərilib.
Əlavə edək ki, bu küçənin sakinlərinə yol-nəqliyyat hadisəsindən xilas olmağa, nə daş divar, nə də hasar kömək edir. Təxminən iki həftə əvvəl həmin döngədə belə bir hadisə baş vermişdi. Onda sərnişin və avtomobilin sürücüsü zərər çəkmişdi.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















