SOS! Qəzaların yarıdan çoxunu piyadavurmalar təşkil edir

«Bakıda ən xarakterik yol qəzası piyadaların nəqliyyat vasitələri tərəfindən vurulmasıdır. Bu, ümumi hadisələrin 52%-ni, yəni yarıdan çoxunu təşkil edir». Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nüşrəvan Səfərov bildirib. N.Səfərov deyib ki, hadisələr bir çox hallarda piyadaların günahı ucbatından baş verir: «Piyadalar yeraltı, yerüstü keçid olan yerdən keçmək əvəzinə qanunla müəyyən olunmamış yerlərdən keçirlər ki, bu da nəticədə xoşagəlməz hadisələrə səbəb olur. Bu hadisələrin qarşısını müəyyən qədər almaq olar. Tərəfimizdən müəyyən profilaktik, eləcə də inzibati tədbirlər görülür. Qeyd etməliyik ki, bu sahədə hələ çox müsbət nəticə əldə olunmayıb". Onun sözlərinə görə, əgər vətəndaş kiminsə yolu müəyyən olunmamış yerdən keçdiyini görürsə, bunun üçün yol polisinin gəlməsini gözləmək lazım deyil: "O, həmin şəxsə iradını bildirməlidir ki, yaxınlıqda keçid var, oradan keçmək lazımdır». N.Səfərov, həmçinin bildirib ki, təhlillərə görə, təcrübəli sürücülər riskə daha meyilli olurlar: "Təcrübəsiz sürücü yenə də haradasa avtomobili ehtiyatla sürür. Ancaq özünə arxayınlıq bəzən xoşagəlməz hadisələrə gətirib çıxarır".
Onun sözlərinə görə, Bakı şəhərində 700 mindən çox nəqliyyat vasitəsi qeydə alınıb, respublikada olan digər nəqliyyat vasitələrinin bir hissəsi burada istismar olunur, buna baxmayaraq, görülən tədbirlər bu ilin I rübü ərzində yol-nəqliyyat hadisələrinin azalmasına gətirib çıxarıb: "Ötən illə müqayisədə 3 göstərici üzrə - həm hadisələrin, həm ölənlərin, həm də xəsarət alanların sayında azalma müşahidə olunub. Görülən tədbirlər, yol infrastrukturunun təkmilləşdirilməsi də buna öz təsirini göstərib".
Qeyd edək ki, bu ilin ilk rübü ərzində Bakıda 199 yol qəzası baş verib. Hadisələr zamanı 61 nəfər ölüb, 193 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hadisələr 22, ölüm 19, yaralanma 18 fakt azalıb.
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










