Banner

Sualın cavabı; hansı avtomobil üstünlüyə malikdir?

Avtoxəbər 2 İyun 2014 17:16 Oxunub 5302
Sualın cavabı; hansı avtomobil üstünlüyə malikdir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytın ötən həftə təqdim sual oxucular tərəfindən maraqla qarşılanıb. Cavabların sayı xeyli çoxdur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan bu sual dairədə hərəkətlə bağlı idi. Sual belə idi; şəkildə gördüyünüz avtomobillərdən hansı digərinə münasibətdə üstünlüyə malikdir: 1-ci (minik avtomobili), yoxsa 2-ci (yük avtomobili)?

 

Suala verilən cavabları təqdim edirik:

 

Cosqun - Burda yol 1ci masinindi cunki 2 masin hereket istiqametini duzgun secmeyib

 

Fuad - Qırmızı maşın sağın buraxmalıdır ve sonra hereketine davam etmelidir

 

Hasanaga - 2-ci yuk mashiniustunluye malikdir

 

Shemistan - Yük avtomobile sola dönmek isteyir. Sola dönerken sol kenar zolagi tutmalidir. Sekilde ise sag zolagi tutub. Minik avtomobili de saga donmek isteyir, onun ucun o da sag hereket zolagini tutmalidir. Wekilde her ikisi sehv zolaqla hereket edirler. Qaydalarda yazilir ki ozunde sag zolaqda olan neqliyyat vasitesine yol vermelisen.

 

İbrahim - 2ci avtomobil ustunluye malikdir, bele ki, 2ci avtomobil 1cinin saginda yerleshir.

 

Nadir - cavab 2 di amma men ozu 2 veziyetde ola ola meni vurdular kamerada aydin aydin gorsenirdi yol polisi meni gunahkar cixardi bura Azerbayjandir

 

Mamed - yük avtomobili üstünlüyə malikdir

 

Vəfadar - Cədvəldə göstərilən 1-ci minik avtomabili, digər 2-ci yük avtomabilinə yol verməlidir.

 

Rafiq - 2

 

Vuqar Talibov - Hazirki qaydalara görə dairədə hərəkət edən-ddairədən cıxmaq ücün yol verilməlidir, 2 ci avtomobil mümkün sol zolagı tutmalıdır. 1-ci av-l üstünlüyə malikdir

 

Sedaqet - 2 ustunluye malikdi, eyni anda manevr edildikde sagdaki NV ustunluye malik olur

 

İlham - Her ikiside sehv dairede herekete girib

 

Orxan - Qırmızı maşın üstünlüyə malikdir.Yaşıl maşın dairəvi yolda istiqamətinə görə düzgün zolagı seçməyib məncə. Buna görədə Düz gedən yəni yaşıl maşına yol verməli və hərəkəti davam etdirməlidir

 

Rahib – Orxan, bele cixir ki 1-ci masin da yolunu duz secmeyib, menim fikirimce minik avtomobili sagindaolan avtomobile yol vermelidir 2 ci avtomobil ustunluye malikdir

 

Elmir - 2 ci avtomobil

 

Zaur - 2 ci yasil masin

 

Togrul - 2 yuk avtomobili

 

Xalid - 2

 

Mahir - Eyni istiqamətdə və eyni məsafədə olan avtomobillərdən bir saga digəri düz getmək istəyir.Bu halda saga dönmək istəyən düz gedənə yol verməlidir.1 yol verməlidir.

 

İlkin - 2

 

Rahib - 2-ciyük avtomobili

 

Kama - Yaşıl yük üstünlüye malikdi..

 

Facebook kommentləri

 

Ilkin Məmmədov - 2

 

Fazail Farhadov - 1-ci

 

Rahid Ramazanov - Üstünlük yük maşınındadır, cünki minik maşını sağını gözləməlidir

 

Sabit Khankishiyev - 2

 

Elmir Salmanov - 2

 

Orkhan Mamedov – Üstünlük qırmızı maşındadır. Maşınların yük və ya minik avtomobiləri olmasının fərqi yoxdur. Yaşıl maşın düzgün zolağı seçmədiyi üçün düz gedənə yol verməlidir

 

Elnur Aliyev - Mene ele gelir ki,minik avtomabili ustundur,yuk avtomabili yol vermelidir

 

Elvin Ceferli - Yuk masini ve minik masini her ikisi duzgun movqede deyil.Eger bele hal yaranarsa,mecburen minik avtomobilin surucusu yuk avtomobiline yol vermelidir.Yeni cavab olaraq 2 cavabi.

 

Nigar Eliyeva - Minik avtomobili

 

Elvin Ibrahimov - Burada eger birinci mawin oxla gosterilmiw istiqametde hereket etmeliydise onda o hemin zolagi tutmali deldi. ona gorede ustunluk ikinci mawindadi..

 

Sualın doğru cavabı isə belədirı:

Gördüyünüz şəkildə avtomobillər dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dairə boyunca olan hərəkət zolaqlarında hərəkətdədirlər. 2-ci avtomobilin, yəni yük avtomobilinin sürücüsü hərəkət zolağını dəyişmədən, yəni heç bir yerdəyişmə etmədən hərəkətini davam etdirmək istəyir. 1-ci avtomobilin, yəni minik avtomobilinin sürücüsü isə hərəkət zolağını dəyişir, yəni yerdəyişmə edir. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin V hissəsində deyilir ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, düzgün cavab belə olacaq: 2-ci avtomobilin, yəni yük avtomobilinin sürücüsü hərəkət üstünlüyünə malikdir.

Qeyd etmək lazımdır ki, budəfəki suala həm çox cavab verilib, həm də doğru cavabların sayı artıb. Hər birinizə təşəkkür edirik.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh