Banner

Sürücü DYP-ni saymadı, polis də nazirliyi aldatdı – FOTOLAR

Avtoxəbər 24 May 2014 02:18 Oxunub 4038
Sürücü DYP-ni saymadı, polis də nazirliyi aldatdı – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beton qarışdıran maşın yolda qəza şəraiti yaradır, DYP isə baxıb gedir

BakınınSəbailrayonu, Xanlarküçəsində hərgünqəza şəraitiyaranır. 99 BS 169 dövlət nömrə nişanlı, «MAN» markalı butonqarışdıran maşın hər gün burada nəqliyyatın hərəkətinə əngəl törədir. Həmin avtomobilin sürücüsü nəhəng avtomobili piyada səkisinin üstündə saxlamaqla yanaşı, ikitərəfli yolda nəqliyyatın hərəkətini də çətinləşdirir. O, hətta o qədər kobudluq edir ki, sükanı sağa döndərib avtomobilin təkərləri ilə də yolu kəsir.

Fotolardandaaydıngörünürki, buradahəmdə piyadalarınhərəkətində problemyaranır. Çünki səkidə yük maşınının dayandığını görən piyada yola çıxmaq məcburiyyətində qalır. Bu zaman isə onların həyatı təhlükə qarşısında qalır. Ona görə ki, görünməni məhdudlaşdıran bu avtomolin arxasından qəflətən yola çıxan piyadanı başqa maşınlar vura bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, bu maşının dayandığı yerdən 20 metr irəlidə 203 saylı orta məktəb yerləşir. O zaman təhlükənin miqyası böyükdür.

Yerigəlmişkən, təxminənbiray öncə elə həmin ərazidə «VAZ-2106» markalı avtomobil 16 yaşlı şagirdivurubqaçıbki, hələ də tapılmır. Ağaclarınbudaqları və buyükmaşınının həmin ərazidə dayanması ucbatındanoradaquraşdırılmış təhlükəsizlikkamerası hadisəniqeydə alabilməyib.

Ətrafdayaşayansürücülərbildirirki, buavtomobilinucbatındanhərgündəfələrlə qəza şəraitiyaranır. Maraqlıdırki, bu ərazidə həmdə Bakı şəhərDövlətYolPolisi İdarəsininYolPatpulXidmətAlayınınqərargahrəisi, polis mayoru hörmətliTalıbmüəllimdə yaşayırvə 10 YP 402 dövlətnömrə nişanlı xidmətimaşını ilə hərgünhəminküçədən ənazı 5-6 dəfə keçir. Görəsən, Talıb müəllim və ya onun sürücüsü bu boyda həngaməni görmür? Yoxsa, bu küçəyə dislokasiya üzrə heç bir YPX naryadı ayrılmır?

Məsələnin ciddiliyini nəzərə alan Avtosfer.az saytının əməkdaşı təxminən bir ay öncə Daxili İşlər Nazirliyinin 102 xidmətiinə zəng edib. Lakin bu avtomobilin sürücüsünə qarşı heç bir tədbir görülməyib. Ardınca, həmin avtomobilin fotoları APA TV-də «Qoşa xətt» verilişində yayımlanıb. Bu dəfə avtomobil 10 gün həmin küçədə görünməyib. Lakin ətrafda yaşayan sürücülər bildirirlər ki, artıq iki həftədir yük maşını yenə həmin yerdə dayanır. Bu səbəbdən də saytımızın əməkdaşı yenidən DİN-in 102 xidmətinə zəng edib. Mayın 22-də axşam saatlarında edilən zəngdən sonra əməkdaşımıza Səbail rayon Dövlət Yol Polisi Şöbəsindən zəng edərək ünvanı dəqiqləşdiriblər. Əməkdaşımız özü də həmin ünvana gedərək kənardan müşahidə aparıb. Əraziyə həqiqətən də yol patrul xidməti avtomobili  gəlib. Maşından düşən polis əməkdaşı yük maşının ətrafında bir qədər gəzişdikdən sonra oradan uzaqlaşıb. Bunu görən əməkdaşımız polisin mobil telefonuna zəng edərək nə kimi tədbir görülməsi ilə maraqlanıb. DYP əməkdaşı isə bildirib ki, sürücünü tapıb və ona maşını oradan götürmək barədə göstəriş verib. Lakin üstündən iki saatdan artıq vaxt keçsə də, yük maşını hələ də yerindən tərpənməyib. Beləcə, sürücünün yol polisinə qarşı saymamazlığını görən əməkdaşımız ərazidən uzaqlaşıb.

Maraqlıdır, görəsən, DYP əməkdaşı bu saymamazlığı özünə necə sığışdırır? Bizi aldatdığını sandı, bəs görəsən, 102 xidmətinə nə cavab verdi? Axı tədbir görməyə-görməyə nazirliyə yalan məlumat vermək ona baha başa gələ bilər…

Necə olur, minikmaşını yolkənarındaqaydapozubparkedirsə, evakuasiyaolunur, ammabuağıryükmaşınınaqarşı heç birtədbirgörülmür? Bəlkə yol polisi doğrudan da bu sürücünün hansı qayda pozuntusu törətdiyini anlamayıb? Elədirsə, biz sadalayaq. Yolun hərəkət hissəsində park edib, piyadaların hərəkətinə maneə olur, qəza şəraiti və tıxac yaradır… Bu qədəri bəsdirmi, cənablar?

 

 

P.S. Yol polisi inspektoru əraziyə gəlib qayıtmaqla elə zənn etdi ki, bizi aldadıb. Amma o, əslində həm bizi, həm də Daxili İşlər Nazirliyini aldadıb. Ən böyük yalanı isə özünə danışıb. Belədirsə, qayda pozan sürücü barəsində tədbir görməyi bacarmayan yol polisinin özü barəsində tədbir görülməlidir…


Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh