Sürücülərə qış xəbəri - VİDEO

Qeyri-sabit hava şəraiti ilə bağlı bəzi qurumlar qışa hazırlığa başlayıblar. Artıq bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Bir sıra bölgələrdə isə qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yaxın bir neçə gündə də respublika ərazisində yağıntılı şaxtalı hava şəraiti davam edəcək. Avtosfer.az ANS-ə istinadən xəbər verir ki, şaxtalı, qarlı havadan üzü ağ çıxmaq üçün bir sıra qurumlar hazırlıqlara başlayıb.
Məsələn Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirməklə yol texnikası, maşın-mexanizmləri, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi prosesini həyata keçirib. Tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları da hazır vəziyyətə gətirilib. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, bölgələrlə əlaqə yaradılıb, yollarda nə baş versə, operativ məlumat veriləcək.
Avtomobil yollarında hazırlıqlar görülsə də, sürücülər də ehtiyatı əldən verməməlidirlər. Qış fəslinə ciddi hazırlaşmalı olan avtomobil sahibləri ilk növbədə maşının qış rejiminə uyğunlaşması üçün onun təkərlərini mövsümə görə dəyişdirməlidirlər. Çünki yağışlı, qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur və bu baş verən qəzaların sayını artırır. Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havalarda baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülərin mənzil başına problemsiz gedib çatması üçün xəbərdarlıq edir.
Sürücülər ilk növbədə nəqliyyat vasitəsinin şinlərinə, şüşə silgəclərinin işlək vəziyyətdə olmasına, eyni zamanda soyuducu sistemlərində donmayan mayelərdən istifadəyə diqqət yetirməlidirlər. Ümumiyyətlə, hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsini qışa hazırlamalıdır”- deyə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev vurğulayıb. Bir sözlə, sürücülər qarşıdakı aylarda yola çıxarkən meteoroloji vəziyyəti də nəzərə almalıdırlar. Şaxtalı, qarlı hava şəraiti onları haqlamamış tədbirlərini görməlidirlər. Həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının təhlükəsizliyi üçün.
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










