Banner

Sürücülərə şad xəbər; yol vergisi ləğv edildi – PREZİDENT FƏRMANI

Avtoxəbər 12 Yanvar 2015 09:23 Oxunub 50195
Sürücülərə şad xəbər; yol vergisi ləğv edildi – PREZİDENT FƏRMANI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər haqda qanunu təsdiq etdi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Avtosfer.az-ın məlumatına görə, bu dəyəşiklikdən sonra avtomobil sahibləri nəqliyyat vasitəsini texniki baxışdan keçirərkən yol vergisi ödəməyəcəklər. Yəni, bütün növ nəqliyyat vasitələrinin texniki baxışı bir qayda olaraq 20 manat, motosiklet, qoşqu və yarımqoşqular isə 10 manata texniki baxışdan keçməlidirlər. Prezidentin imzaladığı fərmanda qeyd olunur;

1.4. avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etsin.

İllik yol vergisini isə benzin, dizel və sıxılmış qaz istehsal və Azərbaycana idxal edən şəxslər ödəyəcəklər. Həmin vergiləri Gömrük Komitəsi və Vergilər Nazirliyi hesablayacaq.

Prezident İlham Əliyevin imzaladığı sənəd «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Prezidentin 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman  adlanır. Fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Prezidentə məlumat versin.

Fərmanda daha sonra Nazirlər Kabinetinə tapşırılır;

- 1.3Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etsin;

1.5. aidiyyəti dövlət orqanları ilə birlikdə, bu Qanunla təsdiq edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görsün və hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə 616; 2005, N 12, maddə 1099; 2006, N 5, maddə 400, N 12, maddə 1034; 2007, N 4, maddə 323, N 12, maddə 1225; 2008, N 11, maddə 972; 2009, N 3, maddə 163, N 4, maddə 226, N 10, maddə 780; 2010, N 7, maddə 610; 2011, N 7, maddə 631; 2013, N 7, maddə 805, N 11, maddə 1324; 2014, N 4, maddə 359, N 5, maddə 477, N 9, maddə 1027,

N 10, maddə 1198; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 350 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.4-cü bənddə “194.2.1-ci,” sözlərindən sonra “212.3-cü,” sözləri əlavə edilsin;

3.2. 1.18-ci bənddən “212-2-ci və” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 212.3-cü maddəsinə uyğun olaraq, bir ay müddətində yol vergisi bəyannaməsinin formasını müəyyənləşdirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2015-ci il.

 

Milli Məclisin qəbul etdiyi qanunda bildirilir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I

kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12,

maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8,

maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11,

maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə

688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, №

1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053,

№ 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009,

№ 7, maddə 506; 2011, №1, maddə 14, №7, maddələr 588, 603, №

12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, №

9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4,

maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495;

2014, № 2, maddələr 94, 98, № 7, maddə 770, № 8, maddə 957, №

10, maddə 1158; Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr

tarixli 1115-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül

işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.22-ci maddə

əlavə edilsin:

“102.1.22. yerli bank və xarici bankın Azərbaycan

Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə

ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi.”;

1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra “bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri əlavə edilsin;

1.3. 161.1-ci maddədə “hər hansı rüsumlar, vergilər” sözləri “yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar” sözləri ilə əvəz edilsin;

1.4. 162.1-ci maddəyə “ƏDV” sözündən sonra “və yol vergisi” sözləri əlavə edilsin;

1.5. 185-ci maddə üzrə:

1.5.1. 185.1-ci maddənin birinci cümləsindən “və tütün məmulatları” sözləri çıxarılsın, həmin cümlədə “aksiz” sözündən sonra“, yol vergisi” sözləri əlavə edilsin;

1.5.2. 185.2-ci maddənin birinci bəndində “üzən vasitələr” sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri, “aksiz” sözündən sonra “, yol vergisi” sözləri əlavə edilsin;

1.5.3. 185.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:

“İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.”;

1.6. 188-ci maddə üzrə:

1.6.1. 188.1.1-ci maddədə “və 600 ədəd siqaretin” sözləri “, 600 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın” sözləri ilə əvəz edilsin;

1.6.2. aşağıdakı məzmunda 188.1.5-ci maddə əlavə edilsin:

“188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.”;

1.7. 190-cı maddə üzrə:

1.7.1. 190.1-ci maddənin beşinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:

“- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.”;

1.7.2. 190.2-ci maddəyə “üzən vasitələr” sözlərindən sonra “,

habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri əlavə edilsin;

1.7.3. 190.3.1-ci maddədə “0,8” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.2-ci maddədə “0,5” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.3-cü maddədə “0,2” rəqəmləri “6,0” rəqəmləri ilə, 190.3.4-cü maddədə

“0,2” rəqəmləri “2,5” rəqəmləri ilə, 190.3.6-cı maddədə “0,08” rəqəmləri “0,2” rəqəmləri ilə əvəz edilsin;

1.7.4. 190.3.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə 10,0 manat;”;

1.7.5. aşağıdakı məzmunda 190.3.8-ci maddə əlavə edilsin:

“190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 4,0 manat.”;

1.7.6. 190.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:

 

 

Vergitutma obyektinin adı                                Aksiz dərəcəsi

 

 Minik avtomobilləri:                      Mühərrikin həcminin hər kubsantimetrinə

                                                       görə - 0,20 manat

- mühərrikin həcmi 2000                                  

kubsantimetrədək olduqda – 

 

mühərrikin həcmi 3000                   400 manat + mühərrikin həcminin 2001-3000

kubsantimetrədək olduqda              kubsantimetr hissəsi üçün hər kubsantimetrə 

                                                        görə - 1,5 manat

 

- mühərrikin həcmi 4000                1900 manat + mühərrikin həcminin 3001-4000 

kubsantimetrədək olduqda              kubsantimetr hissəsi üçün hər kubsantimetrə 

                                                         görə - 4 manat

 

- mühərrikin həcmi 5000             5900 manat + mühərrikin həcminin 4001-5000

 kubsantimetrədək olduqda          kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 

                                                     - 8 manat

   

           

- mühərrikin həcmi 5000            13900 manat + mühərrikin həcminin 5000

kubsantimetrdən çox olduqda     kubsantimetrdən çox olan hissəsi üçün hər

                                                     kubsantimetrə görə - 10 manat

 

İstirahət və ya idman                   Mühərrikin həcminin hər kubsantimetrinə

üçün yaxtalar və bu məqsədlər    görə - 3 manat

üçün nəzərdə tutulan

digər üzən vasitələr                            

                      

                                                      

190.4.2. idxal olunan platinin hər qramına görə - 2,0 manat;

190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və

digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz

yetmiş beş) olduqda, hər qramına görə - 0,8 manat;

190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz)

olduqda, hər qramına görə - 1,0 manat;

190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz

səksən beş) olduqda, hər qramına görə - 1,2 manat;

190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz

əlli) olduqda, hər qramına görə - 1,5 manat;

190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz

əlli səkkiz) olduqda, hər qramına görə - 1,8 manat;

190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz

doxsan doqquz) olduqda, hər qramına görə - 2,0 manat;

190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə

salınmış və bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz

dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı

olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq

azaldılır;

190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı

olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının

hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

190.4.4.2.1. 1 karatdan 2 karatadək olduqda - 2,0;

190.4.4.2.2. 2 karatdan 3 karatadək olduqda - 3,0;

190.4.4.2.3. 3 karatdan 4 karatadək olduqda - 4,0;

190.4.4.2.4. 4 karatdan 5 karatadək olduqda - 5,0;

190.4.4.2.5. 5 karatdan yuxarı olduqda - 10,0.”.

1.8. 199-cu maddə üzrə:

1.8.1. 199.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“199.4.3. mexaniki nəqliyyat vasitələrinin;”;

1.8.2. aşağıdakı məzmunda 199.10-cu maddə əlavə edilsin:

“199.10. Müəssisələrin balansında olan, sərnişin və yük

daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli

olan əmlak vergisinin məbləği 25 faiz azaldılır.”;

1.9. 209-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.”;

1.10. 210-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.”;

1.11. 211-ci maddə üzrə:

1.11.1. 211.1-ci maddədə “daxil olan” sözlərindən sonra “və Azərbaycan Respublikasının ərazisini tərk edən” sözləri əlavə edilsin,

“şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələrindən vergi” sözləri “istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi” sözləri ilə əvəz edilsin;

1.11.2. 211.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.”;

1.11.3. aşağıdakı məzmunda 211.4-cü maddə əlavə edilsin:

“211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.”;

1.12. 212-ci maddə üzrə:

1.12.1. 212.2-ci və 212.4-cü maddələr ləğv edilsin;

1.12.2. 212.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.”.

Maddə 2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2014-cü il.

Link; http://azertag.az/store/News/Official_Chronicle/QANUN-VERGI%20MACALLASI-DAYISHIKLIKLAR-RASMI%20SANADLAR.pdf

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sefer 10 Noyabr 2014 22:55
çox gözel qanun verib cenab prezdent
baxis 10 Noyabr 2014 22:55
salam men 2014 cu il olan nivanin gomruk rusumu haqinda melumat almaq isdeyirem zehmed olmasa bu haqda melumat vererdiniz