Sürücülərin arzusunda olduğu nömrəni kim aldı? - 10-OO-010

Azərbaycanda əksər sürücülərin arzuladığı nöouml;mrə artıq satılıb. 10 OO 010 dövlət nömrə nişanı «Mersedes» markalı avtomobilin üzərindədir. Bununla bağlı sosial şəbəkələrdə foto da yayılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu nömrəni bir müddət əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov alıb. Daha doğrusu, OO seriyasından bu nömrə ilk dəfə məhz V.Talıbovun oğluna hədiyyə olaraq verilib. Lakin o, bu nömrədən çox istifadə etməyib. Üstündən 2 ilə yaxın vaxt keçdikdən sonra OO seriyasından olan nömrə ilə Bakı küçələrində maşınlar gözə dəyir. Lakin bir məqamı xüsusi qeyd etmək lazımdır ki, OO seriyasından olan nömrə nişanını hər adama vermirlər. Bu da Baş Dövlət Yol Polisi İdarəsinin öz daxili «işi» və prinsipidir.
10 OO 010 dövlət nömrə nişanlı avtomobilin fotosunu təqdim edirik.
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














