Sürücülərin kondisioner ustalarına müraciətləri artıb, xidmət bahalaşıb - VİDEO

Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri artıb.
Uzun illərdir kondisioner ustası işləyən Cavidan Muradxanlı bildirir ki, əsas müraciətlər soyutmanın normal olmaması və ya ümumiyyətlə kondisionerlərin işləməməsi ilə bağlıdır.
Mütəxəssisin sözlərinə görə, sürücülər əksər hallarda filtrləri dəyişdirmir və kompressoru yağlamırlar. Buna görə də kondisionerlərin fəaliyyətində problemlər yaranır.
Usta bildirir ki, sürücülər kondisionerlərə dövrü qulluq üçün ustalara üz tutarkən diqqətli olmalıdırlar. Çünki qaydalara uyğun olaraq frion qazları kondisionerlərə kustar üsullarla deyil, xüsusi aparat vasitəsilə sistemə əlavə edilməlidir. Həmin aparatlar avtomatik olaraq kondisioner sisteminin ehtiyaclarını üzə çıxarır.
Mütəxəssisin sözlərinə görə, bu il sürücülərin xərci də çox olacaq. Çünki filtr və qazın qiyməti ötən ilə nisbətən 10% bahalaşıb.
Sürücülərə əlavə xərcə düşməmək üçün kondisioner sisteminə mütəmadi qulluq göstərmələri tövsiyə edilir.
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO











