Sürücülük vəsiqəsinin verilməsi qaydası dəyişdirilir? – AÇIQLAMA

“Sürücülük vəsiqəsinin verilməsi qaydalarında təklif edilən dəyişiklikləri özündə əks etdirən qanun layihəsi hazırlana bilər”.
Avtosfer.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib. O, əlavə edib ki, test üsulu ilə müəyyən müddətə verilən sürücülük vəsiqəsi pis olmazdı: “Çünki bu zaman həm sürücülük mədəniyyəti, həm yollarda davranış, qayda-qanuna əməl edilməsi və digər təcrübələr öyrənilə bilər. Buna uyğun qərar alınar. Bu qərarın qəbulu sürücülük mədəniyyətinin formalaşmasına səbəb olacaq”.
Səslənən fikirlərə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun da fikirlərini öyrəndik.
Ekspert Bizim.Media-ya açıqlamasında bildirib ki, millət vəkilinin təklif etdiyi üsul yaxşı üsuldur: “Bunun üçün qanunvericilik və mexanizm olmalıdır. Qanunvericilik dəyişdirilməlidir. Sürücülük vəsiqəsi imtahanının verilməsinə qədər qarşımızda bir məsələ var. Bu da ibtidai təhsildir. Bu sürücülük məktəbi və sürücülük kurslarını əhatə edir. Azərbaycanda bu kurslar və məktəblər formal xarakter daşıyır. Vətəndaşlar da, təlimçilər də buna ciddi yanaşmır. Məktəb və kurslarda sürücülük qabiliyyəti lazımi səviyyədə öyrədilmir. Bu məsələnin üzərində işləməyə ehtiyac var. Bakıdan fərqli olaraq bölgələrdə sürücülük məktəbi və kursu anlayışı demək olar ki, yoxdur. Hər kəs bir cürə avtomobil idarə etməyi öyrənir. Sonra da imtahan verməyə gəlirlər.
İmtahan testlə aparılır. Yəni cavabları əzbərləyib, imtahandan keçmək olur. Amma testdən keçmək hələ o demək deyil ki, həmin adam yol hərəkət qaydalarını bilir. Bu da əvvəlki fikrimi aktuallaşdırır. Yəni hər şey sürücülük məktəbi və kurslarında həll edilir. Hətta, sürücülük mədəniyyəti də”.
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










