Sürücünün kəmər taxan sərnişinə sualı: Moskvadan gəlmisən?

Minik avtomobili ilə uzaq yol qət etməyi xoşlamasam da, bəzən seçim imkanı olmur. Bu günlərdə belə bir halla təkrar üzləşdim.
Binə Ticarət Mərkəzinin qarşısından yol ötən avtomobillə Göyçaya gedərkən sürücünün “tövsiyə”sinə əməl etmədim. Belə ki, adətim üzrə təhlükəsizlik kəmərini taxdıqda sürücü buna ehtiyac olmadığını bildirdi. Mənim isə arqumentim bu oldu ki, kəməri polisdən (daha doğrusu cərimədən) qorxduğunm üçün deyil, əhəmiyyətini dərk etdiyim üçün taxıram. Sürücü təəccüblə Moskvadan gəlib-gəlmədiyimi soruşdu. Cavabım bu oldu ki, 1 gün əvvəl Parisdən qayıtmışam. Söhbət bağlandı və sağ-salamat mənzil başına çatdıq.
Eyni gündə Xaldandan Şəkiyə gedərkən yenə də yol ötən avtomobildən istifadə etməli olduq. Bu dəfə isə avtomobilə əyləşən kimi sürücü kəmər bağlamağımı tələb etdi. təbii ki, tələbi yerinə yetirdim.
Söhbət əsnasında məlum oldu ki, bu sürücü Şəkidə işləyir və 20 ilədək Rusiyada yaşayıb.
Bu söhbət mənə əvvəlki sürücünün dediklərini xatırlatdı və beynimdə hələ də bir sual dolaşır: təhlükəsizlik kəməri yalnız rus, fransız və ya alman üçündürmü? Yaxud, kəmərdən istifadə bu qədərmi çətin və ağrılıdır? Bir də, nə üçün Bakıda ciddi qayda pozan şəxslər ölkədən qıraqda nizamlı sürücüyə çevrilirlər?
Vüqar
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










