Taksilərlə bağlı nə dəyişdi? - RƏSMİ AÇIQLAMA

“Qanunvericiliyə olunan dəyişikliklər taksi xidməti sektorunda bir sıra yenilikləri nəzərdə tutur. Son illər gündəlik leksikonda tez-tez rast gəlinən “taksi sifarişi operatoru” ifadəsi ilk dəfə hüquqi-normativ sənədlərdə əksini tapıb. Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir”.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, “Lisenziyalar və icazələr haqqında” qanuna edilən dəyişiklik sayəsində taksi xidməti sektorunda tətbiq olunan digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır. Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” Qanuna əsasən buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Bildirilib ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir.
"Qanunvericiliyin tələbinə riayət olunmasını təmin etmək baxımından nəzarət tədbirlərinin olması mütləqdir. Məhz buna görə də İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Taksi xidməti sektorunda qanunvericiliyin tələbinin pozulması inzibati məsuliyyət yaradır ki, bunun üçün də cərimə sanksiyaları nəzərdə tutulub. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına, yəni icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.
Taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədiyi və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etmədiyi halda cərimə olunacaq. Vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir”, - deyə məlumatda qeyd olunub.
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi










