Təlimdən keçən taksi sürücülərinə ilk dəfə şəhadətnamələr verildi - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir. Son bir həftə ərzində təlimlərdə iştirak etmək üçün 2000-dən çox taksi sürücüsü müraciət edib. İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə bu gün şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
AYNA-nın yaydığı məlumata əsasən, Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.
Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Sürücü sayını nəzərə alaraq və tədris prosesini sürətləndirmək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində də təlimlərə başlanılıb. Bu təlimlərdə iştirak etmək istəyənlər isə qeydiyyat üçün https://forms.office.com/r/F8K5hMJsSH elektron ünvanına müraciət edə bilərlər.
Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hədəflənib.
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO










