Taksi sürücülərinin nəzərinə - VİDEO

I Avropa Oyunlarına az qaldığı bir vaxtda qurumlar fəaliyyətini gücləndirib. Nəqliyyatda turistlərlə problemlər yaşanmasın deyə taksi sürücülərinin əlindən lüğət kitablari düşmür. Onlar dil biliklərini artıraraq xariciləri rahat başa düşmək və başa salmaq üçün o ki var tər tökürlər. Artıq I Avropa Oyunlarına 123 gün qalır. Bununla əlaqədar olaraq paytaxt Bakıya 20 min turistin gələcəyigözlənilir. Məhz bunu nəzərə alıb bir sıra sərnişindaşıma ilə məşğul olan idarələr, tabeçiliyində olan əməkdaşların xarici dil kurslarına marağını artırmaq üçün işlər aparmağa başlayıb. Bu səfər də əsas diqqət avtobus və taksi sürücülərindədir. Paytaxda “London taksi”ləri kimi tanınan nəqliyyat vasitələrində fəaliyyət göstərən sürücülərin dil biliklərinin, hansı səviyyədə olduğunu öyrənmək qərarına gəldik. Bunun üçün bir neçə sürücüyə yaxınlaşdıq. “Üç dildə - Azərbaycan, rus və türk dilində sərbəst şəkildə danışıram. Avropadan gələcək qonaqları başa düşmək və ya onları başa salmaq üçün bizə verilən lüğət kitabından İngilis dilini öyrənməyə çalışırıq”, – deyə taksi sürücüsü bildirib.
I Avropa Oyunları üçün Azərbaycana 500 ədəd “London taksi”si gətirilib. Bu nəqliyyat vasitələrində çalışmaq istəyənlərin dil biliklərini artırılmasında vacib amillərdəndir.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, ölkəyə gələn turistlərə xidmət etmək üçün taksi sürücülərinin primitiv olsa belə dil biliklərinə yiyələnməsi vacibdir.
Nəqliyyat nazirliyinin mətbuat katibi Namiq Həsənov xarici dil bilməyin vacib olduğunu dedi: "Hesab edək ki, ölkədə heç bir oyunlar keçirilmir, bir taksi sürücüsü bir əcnəbini qarşılamaq üçün aeroporta gedir. Taksi sürücü əcnəbi ilə ünsiyyət qurması üçün primitiv olsa belə onun dediyini bilməlidir. Biz istəyirik ki, xidmət sahəsi yüksək səviyyədə olsun. Eyni zamanda bu avtobus sürücülərinə də aiddir. Bunu üçün isə maraq lazımdır”.
İstənilən halda xarici dil biliyinə yiyələnmək, təkcə taksi fəaliyyəti ilə məşqul olanlara deyil, digər sahələrdə çalışanlara da vacibdir. Bununla da siz həm xarici dildə danışmağı öyrənəcəksiz, həm də qazanc əldə etmiş olacaqsız.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










