“Taksi sektorunda dəyişikliklərin olması vacibdir” - Deputat

Azərbaycanda bütövlükdə taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir. Yəni, çoxlu sayda faktlar var ki, son illər taksi sürücülərinin sərnişinlərlə münasibətlərində kobudluq müşahidə olunur. Hətta bəzi hallarda ailələr taksi xidmətindən istifadə etməyə tərəddüd edirlər. Ona görə də, xüsusilə keyfiyyətin və sərnişinlərin təhlükəsizliyinin, sərnişinlərlə davranış qaydalarının tənzimlənməsinə ehtiyac var".
İqtisadçı həmçinin deyib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin addımlar atması olduqca vacibdir: "İnkişaf etmiş ölkələrdə olduğu kimi taksi xidmətləri həm yüksək keyfiyyət, həm də sərnişinlərin təhlükəsizliyini qorumaqla həyata keçirilməlidir. Ona görə düşünürəm ki, bu istiqamətdə məhz tənzimlənən mexanizmlərdən istifadə olunması, yeni qaydaların, mexanizmlərin, xüsusən də keyfiyyətin artırılmasını və sərnişinlərə münasibətdə sivil metodlardan istifadə edilməsi ilə bağlı hətta təlimlərin keçirilməsinə ehtiyac var. Çünki bu sektorda keyfiyyət baxımından dəyişikliklərin olması üçün vacibdir".
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










