Maşın bazarında bahalaşma nə vaxta qədər davam edəcək? - FOTO

Son günlər avtomobil bazarında durğunluq yaşanır. Təklifin çox, tələbin az olmasına baxmayaraq, qiymətlərdə artım müşahidə olunur. Satıcılar bahalaşmanın, əsasən, buraxılış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində daha çox hiss olunduğunu bildirirlər.
Maraqlıdır, avtomobillərin ucuzlaşmaq əvəzinə bahalaşmasına səbəb nədir? Mövcud durğunluq nə zamana qədər davam edəcək?
Bununla əlaqədar Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov düşünür ki, avtomobil bazarında hazırkı durğunluq bir neçə ay əvvəldən proqnozlaşdırılmışdı. Ekspertin sözlərinə görə, xüsusilə ikinci əl avtomobillərdə bahalaşma müşahidə edilir:
“İstehsal ili 10 ildən köhnə olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulandan sonra bazarda ajiotaj yaşanmışdı. O zaman həmin avtomobillərin qiyməti beş-on faiz artmışdı. Qeyd etmişdik ki, bu, müvəqqəti xarakter daşıyır. İyunun ikinci yarısından sonra bazar özü bu qiymətləri yavaş-yavaş tənzimləyəcək.
İyunun ikinci yarısından sonra aktivliyin azalması Azərbaycan avtomobil bazarı üçün həmişə xarakterik olub. Ənənəvi olaraq, hər mövsümdə bu durum yaşanır. Avqust-sentyabr aylarında bazar yenidən aktivləşməyə başlayır. Fərdi qaydada avtomobillərin qiymətini kimsə istədiyi kimi təklif edə bilər. Amma bu gün Azərbaycanın avtomobil bazarı əvvəlki bazar deyil. Olduqca fəaldır və öz xarakterinə görə çeşidlidir. Əvvəllər bir istiqamətdən ölkəmizə avtomobillər daxil olurdusa, indi dünyanın bütün ölkələrindən işlənmiş və ya yeni avtomobillər gətirilir. Təklif həddindən artıq çoxdur. Ona görə bazardakı qiymətlər bir neçə şirkətin diktəsi ilə tənzimlənmir”.
Qiymətlərin kəskin yüksəlmədiyini vurğulayan ekspert kəskin ucuzlaşmanın da gözlənilmədiyini bildirib:
“Qiymət tənzimlənəcək, lazım olan səviyyəyə düşəcək. Buna baxmayaraq, onu da qeyd etməliyəm ki, yeni avtomobillərin qiymətinin yüksələcəyi proqnozlaşdırılır. İyul-avqust aylarında bu avtomobillərdə bahalaşma üç faiz civarında gözlənilir. Lakin bahalaşma idxal edilən yeni avtomobillərdə özünü göstərəcək, bu, daxili bazarla əlaqəli məqam deyil”.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










