Təmas xəttində raket, metroloji radiopelenqator, mərmi qalıqları aşkarlandı - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Tərtər, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 78 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a bildirilib ki, daxil olmuş 81 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Cəfərbəyli, Hacılar, Ağgöl, Şənlik, Sarıcalı, Ağabəyli, Hacıbədəlli, Boyat, İmamqulubəyli kəndləri, Ağdam rayonunun Bənövşələr qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Şahvəlilər, İmamqulubəyli kəndləri, C.Məmmədquluzadə, S.Vurğun, Təbriz küçələri və H.Əliyev prospekti, Beyləqan rayonunun Ağamir küçəsi və Təzəkənd kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Dördüncü Zobcuq qəsəbəsi və Şükürbəyli kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Nizami və Qızılhacılı kəndləri, Tərtər rayonunun V.Orucov küçəsi, Şəmkir rayonunun Sabirkənd kəndi, Zərdab rayonunun Məlikli kəndi, Gəncə və Mingəçevir şəhəri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 64 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 15 ədəd partlamamış hərbi sursat (PHS) partlayış yolu ilə zərərsizləşdirilib.







Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












