“Tesla” ABŞ bazarında endirim etməkdən vaz keçmir - FOTO

Amerikan elektromobil avtomobil istehsalçısı “Tesla” yenidən bir endirim xəbəri ilə gündəmə gəldi. Avtosfer.az xəbər verir ki, şirkət bəzi modellərində 20%-ə qədər qiymət endirimi kampaniyasını elan edib. Ümumi olaraq kampaniyaya baxdığımız zaman isə endirimin 2% və 6% arasında dəyişdiyini görmək mümkündür. Xüsusilə “Model S” və “Model X” kimi luks modellərin qiymətində 5000 dollarlıq endirim diqqət cəlb edir.
Bununla yanaşı, “Tesla”nın ən çox satılan modeli “Model Y” yeni təchizat paketinə sahibdir və artıq internet üzərindən sifarişi mümkündür. Belə ki, “Tesla”nın Berlindəki müəsisələrində istehsal olunan bu model 51 630 dollarlıq satış qiymətinə sahibdir. “Tesla”nın buraxdığı “Model Y” cüt mühərrikli 4 təkər ötürücülü və 4680 akkumulyator batareya ilə birlikdə istehlakçılara təqdim olunur. “Model Y”nin məsafəsinin təchizat sistemi dəyişməklə bərabər endirimə girən model 279 mil məsafə təqdim edir.
“Tesla” saytına baş vurduğumuz zaman “Model Y Long Range” və “Performance” versiyalarında 2000 dollarlıq endirimin şahidi oluruq. Bu da avtomobilin satış qiymətinin 54 630 dollara qədər endiyini göstərir. “Performance” modelində isə 58 630 dollara qədər endirim hökm sürür.
Qeyd edək ki, “Tesla” keçən ildə də ciddi qiymət siyasətiylə digər elektromobil avtomobil istehsalçılarına da təsir etdi. Beləliklə, bir çox elektrikli avtomobil istehsalçısı məhsulunu olduqca məqbul qiymətə Amerika və Avropa bazarında satmağı bacardı. Endirim partlaması isə ən çox elektromobil nəqliyyat vasitəsi almaq istəyən alıcıların fikrinin konkretləşməsinə yardım etdi.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR















