“Tesla Cybertruck” prototipi test edilərkən görüntüləndi - FOTO

Tamamilə eleltromobil pickup modeli “Tesla Cybertruck”ın kütləvi istehsalı nəhayət yaxınlaşır.
Avtosfer.az xəbər verir ki, son illərdə ən çox gözlənilən elektromobil nəqliyyat vasitələrindən olan “Cybertruck” ilk dəfə 2019-cu ildə nümayiş edilib. Göstərilən zamandan keçən 4 ilin ardıyca avtomobil sadəcə inkişaf mərhələsində qaldı və təxmini 1.5 milyon rezerv sahibi səbrsizliklə pickup modelinin təqdimatını gözləyir.
Son həftələrdə sosial media platformasında bir çox “Cybertruck” prototipi paylaşılır. Belə ki, bir twitter istifadəçisi Kaliforniyada gördüyü “Cybertruck” prototipinin müxtəlif görüntülərini paylaşıb. Digər “Cybertruck” prototiplərində açıq ərazi təkərləri olsa da, bu prototipdə aero örtüklü dörd mövsümlük şinlər yer alır. Həmçinin sabit yan aynalarını və işləyən stop lampalarını görmək mümkündür.
Bu görüntülər “Tesla”nın toqquşma testində olan bir “Cybertruck” videosunun görüntülənməsindən qısa müddət sonra paylaşıldı. Açıqlamara görə, şirkət “Cybertruck”ın kütləvi istehsalını bu ilin payız aylarında başlamağı planlayır. İlk olaraq istehsal sadəcə Gigafactory Texas-da həyata keçəcək.
Marka 2019-cu ilin noyabr ayında təqdim edildiyində giriş səviyyəsi tək mühərrikli “Cybertruck” üçün 39 900 dollarlıq başlanğıc qiymətə sahib olacağını qeyd etsə də, artan istehsal xərcləri səbəbi ilə daha yüksək olacağı düşünülür. Təbii ki, şirkət məsələylə bağlı açıqlamanı rəsmi təqdimat zamanı bildirəcək.
Nərmin Əkbər
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir














