“Tesla” həftədə 5000 avtomobil istehsal etmə hədəfinə çatdı - FOTO

Nəhayət ki, “Tesla” Almaniyada yerləşən “Giga Berlin - Brandenburg” müəsisəsində həftəlik 5000 avtomobil istehsalı hədəfinə çatdı.
Avtosfer.az xəbər verir ki, şirkət həmçinin həftədə 5000 ədəd istehsal hədəfinin ilk dəfə Almaniyada hasilata başladıqları tarixdən bir il sonra gerçəkləşdirdiyini açıqladı.
“Tesla”nın Almaniyadakı təsisi ilk zamanlar, xüsusilə inşa müddətində uzun cəhdlər tələb edirdi. Belə ki, Almaniyadakı icazələrin alınması müəsisənin inşasının təxmini 2 ildən çox davam etməsinə səbəb oldu. Lakin indiki vəziyyətə baxdığımızda “Tesla”nın ölkədəki təsisində istehsalın olduqca sürətli şəkildə artdığını görə bilirik.
Müəsisənin istehsala başlamasından etirbarən sadəcə 50 həftə ötdüyünə nəzər salsaq mövcud hasilatın sürəti ildə 250.000 avtomobil istehsal etmək üçün kifayət edə bilər. Bundan əlavə vurğulayaq ki, “Tesla”nın 4000 ədədlik avtomobil istehsalı hədəfi fevralın sonunda reallaşdı. İndi isə 5000 ədəd istehsalla müəsisənin 25% artdığını görürük.
Amerikan avtomobil şirkəti olan “Tesla” avtomobil istehsalını artırmaqla yanaşı ehtiyac duyulan tələb və istəkləri nəzarətdə saxlamalıdır.
Sonda qeyd edək ki, “Tesla”, “Model Y” ilə Avropada ən çox satılan avtomobillər arasındadır və gələcəkdə də öz yerini qoruyub saxlanacağı gözlənilir.
Nərmin Əkbər
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR



















