“Tesla Model X” elektromobillərinin yoxlanılması başa çatıb

ABŞ-ın avtomobil yolları təhlükəsizliyinə nəzarət qurumu istehsalçının nasaz təhlükəsizlik kəmərlərini düzəltmək üçün geri çağırdığını elan etdiyi 100 mindən çox “Tesla Model X” elektromobili ilə bağlı araşdırmanı dayandırıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, tənzimləyici “Tesla”nın başlatdığı geri çağırma və yeniləmələrlə əlaqədar təhqiqatın bağlandığını bildirib və əlavə edib ki, gələcəkdə zərurət olduqda əlavə tədbirlər görə bilər.
“Tesla” 2023-cü ilin iyul ayında bəzi avtomobilləri geri çağırıb və həmin ilin iyun ayında təhlükəsizlik kəmərinin açılması və onun tarımlama lövbərinə təkrar sarınması mexanizmini yeniləyib.
NHTSA həmçinin qeyd edib ki, 2023-cü ilin mart ayında Milli Yol Hərəkatı Təhlükəsizliyi Administrasiyası qabaq oturacaqların təhlükəsizlik kəmərlərinin nasazlığı ilə bağlı iki şikayət aldıqdan sonra 50 min “Tesla Model X” avtomobili ilə bağlı araşdırmaya başlayıb.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












