Tesla-nın avtopilot sistemi gözlənildiyi kimi yüksək səviyyəli olmayacaq

Görünür, Elon Musk-ın avtomobillər üçün 5-ci səviyyəli avtopilot sisteminin hazırlanması planları gecikəcək. Belə ki, Tesla şirkəti təsdiqləyib ki, hal hazırda və hətta uzunmüddətli perspektivdə şirkətin elektromobillərində olan kompüter ilə yolların izlənməsi sistemləri tam avtonom səyahət üçün yaramırlar. Elon Musk-ın son illər ərzində Tesla elektromobillərində təkmilləşdirimiş avtopilot sisteminin işə salınacağı bəyanatlarına baxmayaraq görünür, bu baş verməyəcək.
Musk-ın sözlərinə əsasən avtopilot sistemini 3 mərhələli inkişaf üzrə qiymətləndirmək lazımdır: Tam avtonom səyahət, sürücünün iştirakını vacib etməyən funksionallıq və nizamlayıcı orqanları sistemin lazımi səviyyədə etibarlı və təhlükəsiz olduğuna inandıracaq imkanlar. Bir neçə gün bundan öncə Tesla şirkətinin Kaliforniya ştatının nizamlayıcı orqanlarına göndərmiş olduğu məktubda qeyd edilib ki, “tam avtonom sürücülük sistemi” adına baxmayaraq şirkətin texnologiyası hələ ki, sürücünün iştirakı olmadan elektromobilin idarəsi imkanını yaratmır.
Şirkətin aktual avtopilot sistemi SAE 2 səviyyəsindədir. Bu cür avtopilot sistemi isə sürücünün daimi nəzarətini tələb edir. Baxmayaraq Tesla 5-ci səviyyəli avtopilot sisteminin bu ilin sonuna kimi işə salmağı planlaşdırır, görünür, yaxın illər ərzində tam avtonom sistemli elektromobillərin işə salınmasını gözləmək lazım deyil. /texnote.az
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür










