Təzə mühərrikdə yağ səviyyəsi artır: Nasazlıq nədədir? - FOTO

Adətən mühərrikdə yağ səviyyəsinin aşağı düşməsi sürücülərdə narahatlıq yaradılr ki, bu da tam təbiidir. Lakin bəzən əksinə də olur.
Avtosfer.az xəbər verir ki, mühərrikdə yağ səviyyəsinin artmasına bir neçə nasazlıq səbəb ola bilər. Bunlardan başda gələni yağa antifriz qarışmasıdır. Bu zaman antifriz karterə çökür və təzyiqlə yağlama sisteminə daxil olur. Son nəticədə detallar pis yağlandığından mühərrikdə güclü aşınma gedir.
Başqa bir səbəb benzinin, bəzi hallarda isə Dizel yanacağının yağa qarışmasıdır. Buna da səbəb yüksək təzyiqli nasos sistemindəki nasazlıqlardır. Az miqdarda benzin yağa qarışdığı halda buxarlanaraq xaric olur və risk yaratmır. Lakin Dizel yanacağının yağa qarışması təhlükəlidir. O, buxarlanmadığı və duru olduğu üçün yağlanma pis gedir. Bəzən, isti mühərrikdə yağ səviyyəsi normadan artıq olduqda belə, təzyiq 1 atmosferdən də aşağı olur. Bu, həyəcan təbili çalmaq üçün əsasdır. Hər bir halda yağ artmasının səbəbi tapılraq aradan qaldırılmalıdır.
Bəzən də elə olur ki, təzə, saz mühərrikdə yağ səviyyəsi artır. Belə hala əsasən qış vaxtlarında kiçik məsafəyə sürülən benzin mühərrikli maşınlarda rast gəlinir. Səbəb zəngin yanıcı qarışığın karterə sorulmasıdır. Belə halda təşvişə düşməyə əsas yoxdur. Sadəcə olaraq avtombili uzun yola sürmək lazımdır ki, mühərrik lazımi qədər qıza bilsin. Bu zaman benzin də buxarlanacaq və səviyyə normaya düşəcək.
Vüqar
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











