Titan Silikon batareyalar ilk dəfə “Mercedes - EQG”da istifadə olunacaq - FOTO

“Mercedes”in simvolik modeli olan G - seriyasının yaxın günlərdə elektromobil versiyası təqdim olunacaq. “EQG” adı ilə tanıdılması gözlənilən SUV-un bənzərsiz batareya texnologiyasına sahib olacağı bildirilir.
Avtosfer.az xəbər verir ki, Kaliforniyada yerləşən Sila Nanotexnologiyaları və “Mercedes” ortaqlığı ilə inkişaf etdirilən yeni batareya texnologiyası ilk dəfə “Mercedes - EQG”də istifadə olunacaq.
Belə ki, Titan Silikon adı verilən batareya çeşidi üzərində işlər uzun müddətdir gedirdi. Kommersiya istifadəsinə uyğun hala gətirilən batareya sisteminin elektromobil avtomobillərin performansını yüksək şəkildə artıra biləcəyi vurğulanır. Bununla yanaşı, güvənli və təmiz ilk titan silikon batareya sisteminin olduğu bildirilir.
Sila-nın istifadə etdiyi batareya texnologiyası istehsal prosesində 100/50 ilə 100/75 arasında daha az CO2 buraxılmasını həyata keçirir. Şirkətin sözlərinə görə adi batareyalara görə 10 qat daha çox enerji saxlaya bilir.
Sila bu batareya texnologiyasını 2028-ci ilə qədər 1 milyon ədəd elektromobil avtomobili gücləndirəcəyini gözləyir. İlk olaraq isə Titan Silikon batareya sistemi 2024-cü ildə “Mercedes EQG” modelində istifadə ediləcək.
Qeyd edək ki, “Mercedes EQG” seriyasının Titan Silikon batareya sistemi nəticəsində 480 kilometrdən çox kilometraja sahib olması gözlənilir.
Daxildən yanan mühərrikə sahib G - seriyasının 139 min dollardan başlayan qiymətlərlə satıldığını nəzərə aldıqda elektromobil versiyası olan “EQG”nin 150-175 min dollar arasında dəyişən satış dəyərinin olacağını deyə bilərik.
Nərmin Əkbər
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir


















