«Tofaş»ı 240-la sürüb ölümə meydan oxudu - VİDEO

Türkiyədə sürücü avtomobiliylə təhlükəli şouya imza atıb. Ekstrimi sevən şəxs “Tofaş” markalı avtomobiliylə yolda saatda 240 km sürətlə hərəkət edərək həm özünün, həm avtomobildə olan digər şəxslərin, həm də yolda hərəkət digər sürücülərin həyatını təhlükə altına alıb
Avtosfer.az ATVxəbər.az saytına istinadən xəbər verir ki, O, avtomobili saatda 240 km sürətlə sürərək ölümə meydan oxudu. Türkiyədə sürücünün məsuliyyətsizliyi izləyən hər kəsi dəhşətə gətirib.“Tofaş” markalı avtomobilin sürətini saatda nə az, nə çox 240 km-ə çatdıran sürücü bununla yolda olan digər sürüclərin də həyatını təhlükə altına alıb. Avtomobildə əyləşən digər şəxslər isə sürücünün bu çılğınlığının qarşısını almaq əvəzinə, ona dəstək olaraq, sürəti daha da artırması üçün ürək-dirək veriblər. Görünütlərdən də aydın olur ki, avtomobilin hər an qəzaya düşmə ehtimalı var. Bununla belə, adrenalin həvəskarı şousunu xətasız bəlasız gerçəkləşdirə bilib. Görüntülərin sosial mediyaya düşməsi Türkiyədə geniş müzakirələrə yol açıb. Hazırda polislər həmin şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












