“Togg” Ankara Söğütözü Təcrübə Mərkəzini açdı

İlk ağıllı cihazı “T10X”ni istifadəçilərlə görüşdürmək üçün gün sayan “Togg”, istifadəçilərlə yaxın təmasda olduğu nöqtələrin açılmasını sürətləndirdi. Avtosfer.az xəbər verir ki, “Togg” İstanbul Zorlu Center-dəki təcrübə mərkəzinin ardından Ankara Söğütözü-də də müəsisəsini açdı.
İstifadəçilər Türkiyənin elektromobil ilk ağıllı cihazı “T10X” fasiləsiz və qüsursuz şarj təcrübəsi təklif edən Trugo və A nöqtəsindən B nöqtəsinə keçməkdən başqa mobillik təcrübəsini yenidən təyin edən rəqəmsal platforma olan Trumore üçün yaradılan məkanlarda Togg ekosistemini təcrübə edəcək.
Belə ki, istifadəçilər təcrübə mərkəzindəki məlumatlandırıcı videolar vasitəsilə həm “Togg” ekosistemini daha yaxından tanıma fürsəti tapacaq, həm də “T10X”i yoxlayaraq Trugo şarj şəbəkəsi və enerji doldurma təcrübəsi haqqında təfərrüatları öyrənə biləcək.
Eyni zamanda Mərkəzdə “Togg”un texnologiyasını və davamlılıq yanaşmasını izah edən rəqəmsal sənət əsərləri də istifadəçilərlə görüşəcək. Ümumilikdə 4400 kvadrat metrlik sahədə “Togg” Təcrübə Mərkəziylə yanaşı çatdırılma və servis nöqtələrini də aprel ayında istifadəçilərin xidmətinə təqdim ediləcək.
“Togg” CEO-su M.Gürcan Karakaş 2023-cü il ərzində təcrübə mərkəzlərinin sayının 8-i mobil təcrübə mərkəzi olmaq üzrə 18-ə çıxarılacaqlarını qeyd edərək bunları söylədi: “Bugünə qədər İstanbul Zorlu Center-dəki təcrübə mərkəzimizdə 7-dən 70-ə cəmiyyətin bütün seqmentləriylə bir araya gəldik. İndi Ankarada açdığımız hərtərəfli təcrübə mərkəzimiz də yeni istifadəçiləriylə tanış olmasına səbrsizliklə gözləyirik. Müştərilərimizə daha sürətli, effektiv və səmərəli təcrübə təqdim etmək üçün ölkəmizin 7 bölgəsində təcrübə mərkəzləri, servis və çatdırılma nöqtələri açmağı davam etdirəcəyik”.
Nərmin Əkbər
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir












