Toy günü ölümlə rəqs edən bakılı avtoşdan şok hərəkət – VİDEO

Sosial şəbəkələrdə Bakının küçələrində daha bir əcaib avtoxuliqanlıq faktı yayılıb. Avtosfer.az-ın məlumatına görə, gəlin kortejini müşayiət edən VAZ-2107 markalı 90 XF 766 nömrəli avtomobilin sürücüsü “peşəkarlığ nümayiş etdirərək” yol boyu maşını arxaya sürüb. Sürücünün hərəkətlərindən onun peşəkar olduğu hiss olunur. Amma bu əməllər avtoxuliqanlıqdır. Çünki sürücü dəfələrlə qəza şəraiti yaradır, sürət həddini aşır, başqa maşınların yoluna çıxaraq onları hərəkət istiqamətini dəyişib yoldan çıxmağa məcbur edir. Hər halda, toy günü bu cür əməllər normal qəbul edilə bilməz. Bu sürücünü toyu yasa döndərmək niyyətli biri kimi də qəbul etmək olar. Təcrübə göstərir ki, son vaxtlar toy kortejlərində qəzalar tez-tez baş verir ki, sonu bədbəxt nəticələrə gətirib çıxarır. Hər halda, avtomobilin harasa dəyib əzilməsi belə toy günü xoş olmayan bir hadisədir. Hər kəs öz həyat tərzinə uyğun nəticə çıxarmağa borcludur. Elə, Dövlət Yol Polisi də. Belə sürücülərin cəzalandırıldığını DYP ictimaiyyətdən gizlətməməli, hətta bundan təbliğat vasitəsi kimi istifadə edərək həmin sürücünün cəzalandırıldığını başqalarına sözün əsl mənasında, dərs kimi təqdim etməlidir. Hər halda, avtomobil bəlli, nömrə bəlli. Bundan sonrası DYP-nin işidir. Bizsə kadrları sizə təqdim edirik.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












