Toy karvanları ölüm saçır - Hoqqabazlıq edən cavanlar niyə ipə-sapa yatmır?
Avtoxəbər
3 Avqust 2021 15:43

“İsveçrə, Danimarka və başqa ölkələrin dövlət nömrə nişanlarını tapırlar və...”
Uzun müddətlik fasilədən sonra Azərbaycanda toy məclisləri keçirilir. Bununla da illərdir, yaşanan problem yenidən gündəmə gəlib. Belə ki, toy karvanları hələ də bir sıra çətinliklər yaradır, yol qəza hadisələrinə səbəb olur. Yol polisi bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, nəticə ürəkaçan deyil. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında toy karvanları ilə bağlı hər hansı irəliləyişin olmadığını deyib: "Əksinə, indi təzə hoqqalar çıxarır, yeni üsullara əl atırlar. Avtomobilin nömrəsini dəyişirlər, çünki sosial şəbəkələrdə görüntü yayılan zaman yol polisi tərəfindən cəzalandırılacaqlarını bilirlər. İsveçrə, Danimarka və başqa ölkələrin dövlət nömrə nişanlarını hardansa əldə edib toy karvanlarında şou göstərirlər. Artıq vəziyyət daha təhlükəli həddə çatıb. Dəfələrlə edilən xəbərdarlıqlara, toy sahiblərinə ünvanlanan müraciətlərə baxmayaraq, nəticə yoxdur. Toy karvanında iştirak edənlərdə, o hərəkətləri edən sürücülərdə bir az vicdan, insani keyfiyyət olsaydı, heç vaxt faciəyə səbəb olmaz, hadisə törətməyə çalışmazdılar. Görünür, onlar toy sahiblərinə dəyər vermirlər, istədiklərini edərək qan-qaraçılıq salırlar. Sosial şəbəkələrdə yazırlar ki, toyda maşının iki təkəri də qalxmadısa, nə ləzzəti... Görün, bu cəmiyyətdə nə qədər bədbəxt, təfəkkürsüz insanlar yetişir”.
Müsahibimizin sözlərinə görə, bu istiqamətdə yaxşı hal ondan ibarətdir ki, görüntülər yayılan kimi dərhal tədbir görülür: "Pis hal odur ki, nömrələri gizlədirlər. Ən pisi isə bu halların geniş şəkildə yayılmasıdır. Daha təhlükəli hərəkətləri təkar edən sürücülər var. Toy karvanında 5-6 nəqliyyat vasitəsinin olması kifayətdir. Amma bəzi toy karvanlarında 20-25 maşın gedir. Hardan toy karvanı keçirsə, orada tıxac yaranır. İşıqforu görməzdən gəlirlər, bəzən qırmızı ışığın qabağını kəsib başqalarına yol verirlər, hoqqabazlıq edirlər.
Düzdür, hər bir xalqın özünəməxsus xatakteri var. Məsələn, Türkiyədə toy karvanlarında vəziyyət başqa cürdür – havaya atəş açırlar və.s. Yaxud Dağıstanda avtomatla gedirlər. Yəni, bizdən də təhlükəli hərəkətlərə yol verirlər. Qafqaz xalqları arasında qismən sakit nümunə bizik. Amma çox təhlükəlidir və bunu insanlara da başa salmaq lazımdır. Toyun yasa çevrilməyini istəmiriksə bu cür hallardan qaçmalıyıq. Toy sahibləri, ağsaqqallar burda rol oynamalıdır. Həmin karvanda yaşlılar, böyüklər də iştirak edirlər. Anlaya bilmirəm ki, aralarından biri maşını saxlayıb niyə sorğulamır, etiraz etmir? Hər bir halda bu vasitələrdən də istifadə etməliyik ki, cavanlar toyu yasa çevirməsin”.
Oxunub : 2672
DİGƏR XƏBƏRLƏR
10 Sentyabr 2026 17:00
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
10 Sentyabr 2026 16:00
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
10 Sentyabr 2026 15:41
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
10 Sentyabr 2026 15:30
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
9 Sentyabr 2026 15:00
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
8 Sentyabr 2026 18:00
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
8 Sentyabr 2026 16:53
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
8 Sentyabr 2026 16:48
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
8 Sentyabr 2026 16:41
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
7 Sentyabr 2026 20:15
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
7 Sentyabr 2026 17:16
Sürücülərin sevmədiyi funksiyalar
6 Sentyabr 2026 20:48
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
ŞƏRH YAZ










