Toyota Land Cruiser modellərin sifarişinə son verilib

Yaponiyanın BestCarWeb portalının bildirdiyinə görə, Toyota şirkəti artıq cari nəsil Land Cruiser 200 modeli üçün sifarişləri qəbul etmir.
Hazırda ofrouderlər artıq formalaşmış sifarişlərə uyğun olaraq yığılır, lakin tezliklə bu model konveyer xəttindən çıxarılacaqdır. Baharın sonuna qədər köhnə Toyota Land Cruiser 200 modelini qeyri-rəsmi olaraq Land Cruiser 300 adlandırılan yeni nəsil əvəz edəcəkdir. Yapon dilerlərindən birinin dediyinə görə, Land Cruiser 200 modelinin əvvəlcədən ödənilmiş son nüsxələri martın sonunda istehsal olunacaq və baharın sonuna qədər Toyota yeni nəsil ofrouderlərin buraxılmasına keçəcəkdir: yeni modelə sifarişlər aprel ayında açılacaq və onun istehsalına isə may ayında başlanacaqdır.
Bununla belə, Toyota şirkət israrla növbəti Land Cruiser modelinin nə təqdimat, nə də satışa çıxma tarixini açıqlamır. Yeni məlumatlar əvvəllər BestCarWeb tərəfindən yayılmış məlumatlardan fərqlənir. Mart ayının əvvəlində portal, təchizatçıların yeni Land Cruiser modelinin bəzi hissələrini çatdırılmasını gecikdirdiyini və bununla əlaqədar Toyota şirkətinin sifarişlərə qəbulun apreldən maya, satışların- iyul ayına, çatdırılmaların isə yayın sonuna qədər təxirə salmağa məcbur olduğunu bildirmişdi.
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










