“Toyota” Rusiyadakı müəsisəsini “NAMI”yə təhvil verdi - FOTO

“Toyota” Rusiyadakı istehsal müəsisəsini ölkənin dövlət qurumu NAMI-yə təhvil verdi. Sankt-Peterburqdakı müəsisəsində marka D seqmentdə yer alan modeli “Camry” və “RAV4 SUV” istehsal edilirdi.
Avtosfer.az xəbər verir ki, keçən il “Toyota” Rusiyanın Ukraynaya işğalçılıq siyasətinin ardıyca bir çox avtomobil istehsalçısı kimi bu ölkədəki əməliyyatlarını dondurdu.
Belə ki, yapon istehsalçısı “Toyota”nın Rusiyada yerləşən bazasında il ərzində 100 000-ə yaxın avtomobil istehsal edə bilir. Rusiya bazarına uyğun olaraq istehsal edilən “Camry” və “RAV4” modellərinin buraxıldığı müəsisənin mülkiyyəti “NAMI”yə verilməsi artıq onun yeni sahib olacağını göstərir.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti səbəbi ilə meydana çıxan təchizat problemləri avtomobil sektorunun istehsalında durğunluğun yaranmasına səbəb oldu. Nəticədə Rusiyada istehsal prosesini həyata keçirən şirkətlər müəsisələrini bağladı, yaxud fəaliyyat göstərən avtomobil şirkətləri də ölkə bazarından çıxma qərarını aldılar. Fəaliyyəti dayandırılan müəsisələrin bəziləri eyni vəziyyətdə olduğu üçün Rusiyadakı yerli şirkətlər və qurumlar tərəfindən satın alınmağa davam edir. Belə ki, fəaliyyətini dondurmuş müəsisələr yenidən istehsala keçə biləcəklər.
Nərmin Əkbər
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA























