“Toyota” “Yaris Cross”un istehsalını artıra bilər - FOTO

Yapon avtomobil istehsalçısı “Toyota” B seqmentdə yer alan SUV modeli “Yaris Cross”u keçən il təqdim etdi. Tələbatlı avtomobillər sırasına daxil olan “Yaris Cross” Avropada insanlar tərəfindən sevildi və tərcih edildi. Avtosfer.az xəbər verir ki, “Toyota” modeli Fransanın şimalındakı Valenciennes təsislərində istehsal edir.
“Yaris” və yerdən hündür qardaşı “Yaris Cross”un istehsal olunduğu müəsisə ötən il 255 584 ədəd avtomobil buraxıb. Bu da “Toyota”nın Fransadakı təsisinin ölkədəki ən böyük avtomobil istehsal müəsisəsi olduğunu göstərir. Yığcam modelə olan tələb səbəbiylə “Toyota”, “Yaris Cross”un buraxıldığı Valenciennes müəsisəsinin istehsal həcmini artırmağı planlayır.
“Toyota”nın Fransa CEO-su Jim Crosbie jurnalistlərə verdiyi açıqlamasında “Əgər tələbat yaranarsa bugün 290 000, hətta 300 000 ədəd avtomobil istehsalına başlaya bilərik” deyə vurğulayıb.
Nərmin Əkbər
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir























